image-reklam-veteninfo
image-1backend

Volodimir Zelenski Bakıya gəlir

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda regiona səfəri çərçivəsində Azərbaycana gələcəyi gözlənilir.

Bu barədə məlumatı “Suspilne” nəşri özünün rəsmi mənbələrinə istinadən yayıb. Məlumata görə, Ukrayna dövlət başçısının səfər proqramına Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı da daxildir.

Qeyd olunur ki, Zelenski bu səfərdən dərhal öncə Avropa İttifaqı Liderlərinin qeyri-formal zirvə toplantısında iştirak etmək üçün Kiprə yollanıb. Bakıya planlaşdırılan bu səfərin iki ölkə arasındakı strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional münaqişələrin həlli istiqamətində mühüm müzakirələrə yol açacağı gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki