image-2backend

Volodimir Zelenski cәbhәdәki vәziyyәtlә bağlı paylaşım edib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hava hücumundan müdafiə sistemi üçün lazımi texnikanın gəldiyini və ən çox ehtiyac duyulan bölgələrə göndəriləcəyini bildirib.

Rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski cəbhədəki vəziyyət və silah tədarükü ilə bağlı iclas keçirdiyini bildirib.

Volodimir Zelenski silah və sursat tәdarükü ilə bağlı cari hesabatları dinlədiyinə diqqət çəkib.

Ukrayna lideri bildirib ki, iclasda rusların fəaliyyəti və gələcək planları barədə kəşfiyyat bölməsindən məlumat alıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da sosial media hesabında verdiyi açıqlamada şərq və cənub cəbhələrindəki vəziyyəti qiymətləndirib.

Anna Malyar Ukrayna müdafiə qüvvələrinin rusların şərqi Kupyansk və Liman istiqamətlərində irəliləməsinin qarşısını almağa davam etdiyini bildirib.

”Düşmən müdafiəmizdəki zəif yerləri axtarır, artilleriya atəşi açır, piyada dəstələri ilə hücuma keçərək xüsusi təyinatlılardan istifadə edir, var gücü ilə müdafiəni yarmağa çalışır, lakin uğursuz olur”,-deyə Anna Malyar vurğulayıb.

Ukrayna ordusunun Baxmut şəhərinin cənub cinahında hücum əməliyyatlarını uğurla həyata keçirdiyini irəli sürən Anna Malyar deyib:

“Klişiyevka, Kurdyumivka və Andriyevka qəsəbələrində gərgin döyüşlər davam edir”.

Anna Malyar Ukrayna ordusunun Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib. Malyar deyib:“Staromayorsk vilayətində döyüşlər davam edir, əsgərlərimiz ələ keçirilən mövqeləri möhkəmləndirərək irəliləyir”.

Anna Malyar rus qoşunlarının xüsusilə Zaporojya bölgəsindəki Robotinonun şimal-şərqində itirdikləri mövqeləri geri qaytarmağa çalışdığını ancaq uğursuz olduğunu irəli sürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image