image-1backend

Volodimir Zelenski: ”Həm İsraili, həm də Fələstini tanıyırıq”

image-reklam_sirab_01

Ukrayna prezidenti Volodimir Zelenski İsrail və Fələstini tanıdıqlarını bildirib və hər iki tərəfi Qəzzada münaqişəyə son qoymağa çağırıb.
Vətəninfo.az xəbər verir ki, Sinqapurda keçirilən ”Şanqri-La” dialoq sammitində iştirak edən Volodimir Zelenski deyib: “Ukrayna hər iki dövləti, İsraili və Fələstini tanıyır və İsraili dayandırmaq, bu münaqişəyə son qoymaq və mülki əhalinin əzabını yüngülləşdirmək üçün hər şeyi edəcək”.
İyunun 1-də Sinqapura sammit ilə əlaqədar səfər edən Volodimir Zelenski burada Şərqi Timor və Filippin liderləri ilə görüşüb.
Ukrayna lideri samitdə Çini iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna sammitinə qatılmamaqda və digər ölkələri iştirak etməməyə təşviq etməkdə ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki