Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Leyen 2029-cu ilə qədərki seçkiqabağı proqramında tələb olunan müddətcə Ukraynaya hərbi dəstəyi davam etdirəcəyini vəd edir.
Vətəninfo.az xəbər verir ki, Avropa Parlamentinin üzvləri cümə axşamı Strasburqda fon der Leyenin Avropa Komissiyasının yeni rəhbəri vəzifəsinə namizədliyi ilə bağlı səs verəcəklər.
Von der Leyenin kampaniya proqramında deyilir: “Avropa təhlükəsizliyinə ən yaxşı sərmayə Ukraynanın təhlükəsizliyinə qoyulan sərmayədir, lazım olduğu qədər davam etməlidir”.