Voronej vilayətinin hakimiyyət orqanları qarşıdan gələn bütün ictimai tədbirləri ləğv etmək qərarına gəliblər. Vətəninfo.az xəbər verir ki,bu barədə Voronej qubernatoru Aleksandr Qusev Telegram kanalında məlumat verib.
“Voronej vilayətində bütün kütləvi tədbirləri ləğv etmək qərarına gəldik. Vəziyyəti stabildir. Bütün həyat dəstəyi xidmətləri normal işləyir”, – o yazıb.
Qubernator rayon sakinlərini və qonaqları sakitliyi və əmin-amanlığı qorumağa çağırıb.