image-reklam-veteninfo
image-image_750x_68f8d324cee1dbackend

VUCİÇ: AVROPA RUSİYADAN UZAQLAŞMAĞA ÇALIŞIR

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa liderlərinin Rusiya ilə əməkdaşlıqdan imtina etdiklərini bildirib. Onun sözlərinə görə, hazırda Avropada “dəmir pərdə” prinsipi yenidən tətbiq olunur və bu, Rusiyadan uzaqlaşmaq siyasətinin bir hissəsidir.

“Avropa özünü ‘dəmir pərdə’ ilə Rusiyadan ayırmaq istəyir. Heç kim neytrallığa və ya kimsənin müstəqil siyasi xətt yürütməsinə hörmət etməyəcək”, – Vuçiç vurğulayıb.

Serbiya lideri bildirib ki, bu şəraitdə Belqrad daha böyük təzyiqlərlə üzləşəcək. Bununla belə, o, Serbiyanın öz siyasi kursunu müstəqil şəkildə müəyyənləşdirməyə və həyata keçirməyə davam edəcəyini qeyd edib.

“Hazırda Serbiyanın yürüdüyü siyasət serblərdən başqa heç kəsi qane etmir. Biz öz maraqlarımızı rəhbər tuturuq”, – deyə Vuçiç əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki