Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də istefa verəcəyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, Vuçiç həmin gün istefasını rəsmiləşdirməklə yanaşı, vətəndaşlara müraciət edəcək.
Bundan əvvəl Serbiya Prezidenti parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fərmanlar imzalayıb.
Seçkilərin oktyabrın 25-də keçirilməsi planlaşdırılır.


























