image-vuqar-rehimzadebackend

Vüqar Rəhimzadə: “Azərbaycan dünya üçün kifayət qədər əhəmiyyətli tədbirlərə müəlliflik edir”

image-reklam_sirab_01

“COP29 ölkəmizin dünyada və beynəlxalq sferada daha da böyük nüfuz qazanması üçün mühüm konfransdır və eləcə də Azərbaycanın gördüyü işlərin dünya üçün nə qədər əhəmiyyətli olduğunu sübut edəcək bir tədbirdir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O vurğulayıb ki, COP29 beynəlxalq əhəmiyyətinə görə kifayət qədər önəmli tədbirdir: “COP29 iqlim konfransı olaraq, BMT-nin birnömrəli tədbiri hesab olunur və bu tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin gücünün, qüdrətinin göstəricisidir. Bu, Azərbaycanın təkcə iqtisadi qüdrəti deyil, həm də siyasi nüfuzunun bir göstəricisidir. Dünyanın onlarla ölkəsinin prezidentinin, hökumət və parlament başçısının, üzvlərinin və digər rəsmi şəxslərin iştirak edəcəyi, eyni zamanda minlərlə insanın qatılacağı bir konfransdır. Artıq onlar bir neçə gündür ki, ölkəmizə gəlir, rəsmi tədbirlərdə və qəbullarda iştirak edirlər”.

Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan əvvəl də Azərbaycanın dünyanın ən aparıcı tədbirlərinə ev sahibliyi etdiyini xatırladaraq söyləyib: “Təkcə Bakı şəhərində deyil, regionlarımızda da kifayət qədər mühüm tədbirlər reallaşdırılır. Şuşa artıq dünyanın, İslam-türk dünyasının mədəniyyyət paytaxtı olaraq, çox möhtəşəm beynəlxalq forumlara ev sahibliyi edib. COP29 artıq bu gündən etibarən rəsmi olaraq başlayıb və onda dünya, bəşər tarixi üçün çox mühüm təkliflər səslənəcək və iqlim problemləri ilə bağlı çox dəyərli fikir mübadiləsi aparılacaq. Bu, çox əhəmiyyət kəsb edir. Əlbəttə, bunun Bakıda keçirilməsi ölkəmizin gündən-günə artan nüfuzunun göstəricisidir. Ölkəmizə gələn qonaqlar, rəsmilər təkcə Azərbaycanda bir konfransa gəlməyib, həm də ölkəmizlə yaxşı mənada yaxında tanış olmaq üçün gəlirlər. Onlar Azərbaycanda reallaşdırılmış möhtəşəm işlərə şahidlik edəcəklər. Bu həm də Azərbaycana siyasi dividentlərin gətirilməsində mühüm töhfələr verəcək”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın nüfuzu və təsir imkanları təkcə regionda deyil, eləcə də dünyada da artmaqdadır: “Azərbaycan dünya üçün kifayət qədər əhəmiyyətli tədbirlərə müəlliflik edir. Azərbaycan dünyanın iqtisadi layihələrində çox mühüm addımlar atır, siyasi proseslərdə mühüm təkliflər verir. Bu, Azərbaycan dövlətinin dünya birliyində artan rolunun göstəricisidir. COP29 əlbəttə ki, kifayət qədər uğur qazandıran bir tədbirdir. COP29-a qədər də Azərbaycana göstərilən bu etimad ona olan inamın böyük bir nümunəsi idi. Azərbaycan dünyanın böyük sabitlik adası olaraq, onun daha böyük tədbirlərə ev sahibliyi etmək gücünü ortaya qoymaq üçün çox böyük imkanlar və perspektivlər yaradır. Azərbaycan dünya üçün öz təklifləri, fəaliyyəti ilə önəm kəsb edən mühüm konrans, forum, tədbirlərə ev sahibliyi etməklə region üçün, regionda sabitliyin və ədalətin daha yüksək səviyyəyədə təmin olunmasında mühüm işlər görməkdədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image