Vətəninfo.az “Washington Times” qəzetinə istinadən xəbər verir ki, bəzi keçmiş ABŞ təhlükəsizlik rəsmiləri hesab edirlər ki, Donald Trampın İranı cilovlamaq üçün ərəb ölkələrini ABŞ və İsraillə birləşdirmək üçün tarixi fürsəti var.
Məlumata görə, CENTCOM-un keçmiş komandan müavini Robert Harvard İsrailin İrana hücumlarını, Bəşar Əsəd rejiminin süqutunu əsas gətirərək Tramp administrasiyasının bu regional dəyişikliklərdən yararlanmalı olduğunu deyib. Onun sözlərinə görə, “ABŞ-nin xarici siyasətini regional müttəfiqləri – BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və digərləri ilə uyğunlaşdırmaq və İranı cilovlamaq imkanı var”.
Qəzet qeyd edib ki, bəzi ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ABŞ-la İrana qarşı həlledici maneə yarada biləcək rəsmi müdafiə sazişi əldə etməyə çalışır.