image-1backend

WikiLeaks-dən sensaion iddia: Qəzzaya hücumu ABŞ maliyyələşdirir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Braun Universitetinin İctimai və Beynəlxalq Əlaqələr üzrə Uotson İnstitutunun təhlilinə əsaslanan WikiLeaks-in məlumatına görə, ABŞ hökuməti Qəzza münaqişəsi başlayandan 2023-cü il oktyabrın 7-dən 2024-cü il sentyabrın 30-dək İsrailə 22,76 milyard dollar hərbi yardım edib.

Hesabata görə, bu büdcəyə 17,9 milyard dollar birbaşa hərbi yardım və 4,86 ​​milyard dollar dolayısı ilə hərbi əməliyyatlar daxildir (ümumi maliyyələşdirmənin cəmi 73 faizi).

Dünən İsrail ordusu Qəzza zolağının şimalında Kamal Advan, Əl-Avda və İndoneziya xəstəxanalarını hədəfə alaraq 395-ci gün ardıcıl onlarla hava və artilleriya zərbəsi endirib, dinc sakinlər həlak olub.

Qəzza Səhiyyə Nazirliyinin son açıqlamasına görə, İsrailin Qəzza zolağına təcavüzü başladığı 7 oktyabr 2023-cü ildən bu yana fələstinlilərin sayı 43 min 341 nəfərə, yaralıların sayı isə 102 min 105 nəfərə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image