ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Könüllülər Koalisiyasının iclasında ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, Vitkoff həmçinin bildirib ki, Tramp Ukraynada sülhə nail olmaq üçün bütün yolları müzakirə etməyə hazırdır.
Mümkün görüşün tarixləri ilə bağlı hələlik heç bir xəbər yoxdur.