“The Wall Street Journal” qəzeti yazıb ki, Ağ Evin mətbuat katibi Karolin Levit İrana qarşı yeni sanksiyaların dayandırılmasına dair sərəncamın verildiyini açıqlayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın “maksimum təzyiq” siyasəti hələlik dayanıb. Bildirilib ki, bu addım nüvə danışıqları kontekstində yeni sanksiya tədbirlərini yoxlamaq məqsədi daşıyır.
Qeyd olunub ki, sanksiyalarla bağlı istənilən yeni qərar Ağ Ev və ya Tramp administrasiyasının müvafiq qurumları tərəfindən açıqlanacaq. Eyni zamanda, Qətərdə neft satışı və Tehranın dondurulmuş aktivləri ilə bağlı məhdudiyyətlər dəyişməz olaraq qalacaq.