image-377707786_10159084967312691_5755653673099666893_nbackend

Xalqın qorxmaz oğlu -Şirin Mirzəyev

image-reklam_sirab_01

Biz xalqın ordusuyuq, xalqa xidmət edirik. Heç bir icra hakimiyyətinə, heç bir vəzifəli şəxsə xidmət etmirik. Onların tərəfində çıxış etmirik. Bir məqsədimiz var: torpağımızı qorumaq, millətimizin qeyrətini qorumaq. Bunu başa düşmək lazımdır.

1991-ci ilin oktyabr ayında Azərbaycanda məhz polkovnik-leytenant Şirin Mirzəyev ilk nizami özünümüdafiə batalyonun yaradıb. Ağdam 836 saylı özünü müdafiə alayın komandiri idi eyni zamanda.

O, peşəkar hərbçi, ciddi və bacarıqlı bir komandir kimi Qarabağda, xüsusən Ağdamda böyük nüfuza malik idi. Və ona görə də Şirinin sağlığında Ağdam ətrafındakı döyüşçülərimiz, hərbi birliklərimiz arasında birlik və nizam intizam, vahid idarəetmə və əlaqələndirmə var idi. Buna görə də əfsanəvi qəhrəman Fred Asif deyirdi: “Nə mən, nə Allahverdi Bağırov, nə Şirin Mirzəyev, nə də Yaqub Rzayev – heç birimiz düşmən gülləsinə tuş gəlməyəcəyik. Bizi arxadan namərdcəsinə vurmasalar, düşməndən özümüzü qoruya biləcəyik”

Şirin Mirzəyevin Ağdamdakı xidməti fəaliyyəti dövründə Fərrux, Qazançı, Ağbulaq, Abdal Gülablı və s. əməliyyatlarda yüzlərlə soydaşımız erməni silahlı birləşmələrinin vəhşi caynağından xilas edilmiş, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad olunmuş, Ağdam rayonunun böyük bir hissəsi müdafiə edilmişdi.
Onun hazırladığı əməliyyatlar o qədər peşəkarcasına olurdu ki, bəzilərinin planlarını pozurdu. Dövlət içərisində oturuşmuş xainlərin Şirin Mirzəyevi neytrallaşmaq üçün dəfələrlə plan qururdular. Şirin Mirzəyevi bu cür uğursuz əməliyyatlara çəkməklə onu nüfuzdan salmağa çalışırdılar. Mirzəyevə iki dəfə qəsd etməyə çalışsalar da baş tutmamışdı.
1992-ci il may ayında Bakıda hakimiyyət dəyişikliyindən sonra Qarabağda döyüşən ordunun yeni hərbi əməliyyatlara başlanması üçün hazırlıq başlanır. Azərbaycan hərbi birləşmələri bundan sonra 12 iyun tarixində Ağdərə rayonu ətrafında hərbi əməliyyatlarını keçirir. Qısa müddətdə Sırxavənd və ona bitişik olan kəndlərdə döyüşən hərbi birləşmələr Xaçınçay üzərində yerləşən körpüyə nəzarət etməklə ermənilərin Ağdərə rayonu istiqamətində hərbi güclərinin cəmləməsinə mane olurlar. Muzdlu rusların kazak polku Ağdərənin mühasirəyə alınmasını başa düşmüş və 3 gün öncə qaçmaqla canlarını qurtara bilmişdilər.

18 iyun 1992-ci ildə Şirin Mirzəyev tabeliyində olduğu briqadanın yerləşdiyi ünvana gəlir və döyüş zamanı rastlaşdıqları xəyanət barədə komandanlığa məlumat verir. Dinləyən tərəfin laqeydliyi onu bərk əsəbləşdirir. Qərargahdan hirsli çıxıb, mövqelərə qayıdır. Həmin yolla geri dönəndə isə özü, qardaşı oğlu Mübarizin, əmisi nəvəsi Cavanşirin mindikləri “UAZ” markalı maşın minaya düşür. Şirin Mirzəyevlə birlikdə qardaşı oğlu – Mübariz Mirzəyev və əmisi nəvəsi Araz Mirzəyev də şəhid oldular.

Bu hadisə indi də müəmmalıdır. O nə üçün minaya düşməli idi? O, oradan keçib getmişdi. Döyüş mövqelərini yaxşı bilən adam öz ərazimizdə guya minaya düşmüşdür. Bu nəyə görə oldu. Belə igid bir oğlan minaya düşə bilərdimi?

Ruhun şad olsun Komutan…

Ağdərənin azad edilməsi üçün mübarizəndə şəhid oldun. Bu gün sənin xilas etdiyin və uğrunda canını qurban verdiyin xalqın övladları Ağdərədə Bayrağımızı Ucalara qaldırıb. Rahat ol Komandir. Ağdərə daha düşmənin əlində olmayacaq…

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki