İranın mənəvi lideri Əli Xamenei Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “New York Times“ qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin mənbələri iddia edir ki, bu qərar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq verilib.
Onların versiyasına görə, əmr iyulun 31-i səhər saatlarında verilib.