image-reklam-veteninfo
image-1backend

Xamenei Putinə xüsusi məktub yazıb

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi məktubunu Rusiya Prezdenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya səfər edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə o, Moskvaya səfərinin məqsədi barədə danışarkən deyib.

Bildirilib ki, A.Əraqçinin Rusiyaya səfəri zamanı ABŞ-İran arasında Omandakı aprelin 12-də birinci və aprelin 19-da keçiriləcək ikinci görüşlə bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir..

Bu, Əraqçinin ikitərəfli əlaqələr çərçivəsində xarici işlər naziri kimi Moskvaya ilk səfəridir.

Bu səfər elə bir vaxta təsadüf edir ki, Rusiya Federasiya Şurası aprelin 17-də keçirilən plenar iclasda İran-Rusiya Birgə Hərtərəfli Strateji Müqaviləni təsdiqləyib. Bu sənəd Moskva və Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi baza müəyyən edir.

Saziş Rusiya və İranın strateji tərəfdaş statusunu müəyyən edir və müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla, bütün sahələri əhatə edir.

Əvvəllər planlaşdırılan bu səfər Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə Maskatda İran və ABŞ arasında dolayısı danışıqların ikinci raundu ərəfəsində həyata keçirilir.

Rusiya daha əvvəl İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bəyan etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki