Vətəninfo.az xəbər verir ki, İslam Respublikasının qurucusu Xomeyninin ölümünün ildönümü ilə bağlı keçirilən mərasimdə İranın ali rəhbəri Əli Xameneyi deyib ki, ABŞ-nin Tehranın nüvə proqramı ilə bağlı planı İranın prinsiplərinə tamamilə ziddir.
“Bir xalq bir şeyin zəruri olduğuna inanırsa, öz əqidəsinə uyğun hərəkət etməlidir, düşmənin iradəsinə, hədə-qorxusuna, zorakılığına boyun əyməməlidir”, – deyə, Xameneyi çıxışında bildirib.