Vətəninfo.az xəbər verir ki, dünən İranın ali rəhbəri Əli Xameneyi Suriyada baş verən son hadisələrdən danışarkən deyib ki, bu, bütün ölkə rəsmiləri üçün bir dərs olub.
“Bu məsələdə əsas dərslərdən biri də düşmənə etinasızlıqdır. Baş verən hadisədə düşmən tez hərəkətə keçib, amma Suriya rəsmiləri proseslərdən öncə bilməli idilər ki, düşmən hücuma keçəcək. Biz onlara kömək etmişdik, kəşfiyyat orqanımız bir neçə ay əvvəl Suriya hökumətinə xəbərdarlıq edib. Bilmirəm, bu, onların yüksək vəzifəli şəxslərinə çatdırılıb ya yox, ancaq bizim kəşfiyyatımız üç ay öncədən onlara təhdidlər barədə xəbərdarlıq edib”, – deyə, Xameneyi vurğulayıb.