image-reklam-veteninfo
image-img_20250715_171532backend

Xameneyi  Putindən narazıdır 

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçı Moskvaya səfəri zamanı İranın ali rəhbəri Əli Xameneyinin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı narazılıq məktubunu çatdırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İranın “Fərhixteqan” qəzeti yazıb.

Qəzet yazır ki, Xameneyi məktubunda Rusiyanın 12 günlük İsrail-İran müharibəsi zamanı İslam Respublikasının gözləntilərini doğrultmadığını vurğulayıb. Tehran Moskvanın münaqişəyə münasibətinin daha sərt və dəqiq olmasını gözləsə də, bu baş verməyib.

Nəşrə görə, müharibənin əvvəlində Rusiya “İsraili işğalçı kimi tanıyaraq onun hücumlarını pisləsə də, ümumi mövqeyi İranın istədiyi qədər möhkəm və ciddi olmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki