Vətəninfo.az xəbər verir ki, İranın nüvə obyektlərinə mümkün zərbələr barədə təhdidlər və xəbərlər fonunda İran Milli Təhlükəsizlik Şurasının sabiq katibi və hazırda Xameneyinin müşaviri Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) əməkdaşlığa son qoymaqla hədələyib.
Şəmxani dünən hücum ehtimallarına cavab olaraq “X” hesabında yazıb:
“Xarici təhdidlərin davam etməsi və İranı hərbi hücum vəziyyətinə salması BAEA müfəttişlərinin qovulması və onunla əməkdaşlığın dayandırılması kimi çəkindirici tədbirlərə gətirib çıxara bilər. Zənginləşdirilmiş materialların (uranın) İranda təhlükəsiz, açıqlanmayan yerlərə köçürülməsi də gündəm ola bilər”.