Vətəninfo.az “Snn.ir”-ə istinadən xəbər verir ki, bu gün İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Laricani Dezful şəhərində İsrailin hücumları nəticəsində həlak olan şəxslərlə vida mərasimində deyib:
“İsrail illərdir İranı parçalamağa çalışır. Çünki İsrail Yaxın Şərqə hakim olmaq üçün İran kimi böyük bir ölkənin varlığına dözə bilmir”.
Onun iddiasına görə, İranın böyük ölkə və dərin sivilizasiyaya malik xalqının olmasına baxmayaraq, İsrail mövcud ola bilməyib.