Vətəninfo.az xəbər verir ki, dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi Suriya hökumətinin süqutuna toxunaraq deyib ki, baş verən hadisələr Amerika-İsrail planı olub.
Onun sözlərinə görə, “bunun sübutu ABŞ dövlət katibinin müavinin dərhal Dəməşqə səfəri və Təhrir əş-Şam lideri Əbu Məhəmmədin həbsi üçün təyin olunan 10 milyon dollar mükafatın ləğv edilməsidir”.
“Bizim üçün önəmli olan Suriyanın müstəqilliyi və ərazi bütövlüyüdür… Bu məsələdə Türkiyə başda olmaqla müxtəlif qruplar və ölkələr rol oynayıb. Türkiyənin Suriya ilə tarixi ərazi mübahisəsi olub. Ankara Suriyada nəzarəti ələ keçirmək üçün müxalif qüvvələrə maddi-texniki və təlim dəstəyi üçün fəaliyyət göstərib… İran-Rusiya əlaqələri qədim və tarixidir. Tehran və Moskvanın Suriya ilə bağlı ümumi yanaşması var”, – deyə, iddia edib.