Vətəninfo.az xəbər verir ki, “Euronews” saytı İran prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında daha 8 hökumət rəsmisi ilə birlikdə həlak olmasından sonra yazıb ki, Rəisinin prezidentlik müddətinin bitməsinə hələ bir il qalmasına baxmayaraq, indi ali rəhbər Əli Xameneyinin oğlu Müctəbanın əsas vəzifəni tutacağı fikri irəli sürülüb.
Məlumata görə, İbrahim Rəisinin ölümü Xameneyinin oğlunu atasının vəzifəsinin əsas varisinə çevirir.
Bildirilib ki, Xameneyinin göstərişi ilə İran prezidenti vəzifəsini icra edəcək şəxsin ölkənin birinci vitse-prezidenti Məhəmməd Moxberin olması qərarı bu fikri daha da gücləndirib.
Bununla yanaşı, qeyd olunub ki, son illərdə İbrahim Rəisinin də Xameneyinin postunu əvəz edə biləcəyi ilə bağlı suallar var idi.