image-11backend

Xankәndidә küçәyә ‘‘Әnvәr Paşa’’ adı verilib

image-reklam_sirab_01

Azərbaycan Xankəndidə qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizlənən küçənin adını dəyişdirərək “Ənvər Paşa” adlandırıb.

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasından verilәn açıqlamada bildirilir ki, Xankəndi şəhərinin elektrik xətti Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycanın enerji sisteminə qoşulub.

Açıqlamada Xankəndiyə elektrik enerjisinin Şuşadakı transformator mərkəzindən verildiyi bildirilərək deyilir: “Artıq Xankəndidə Azərbaycan işığı yanır”.

Xatırladaq ki, Azərbaycan Ordusu konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start vermişdi.

Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri təxminən 24 saat davam edən antiterror tədbirlərindən sonra silahlarını yerə qoymuşdu.

Sentyabrın 21-də Azərbaycan rəsmiləri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında keçirilən görüşdə reinteqrasiya prosesi ilə bağlı bir sıra məsələlər üzrə razılıq əldə olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki