image-ilhambackend

Xankəndi məhkəməsinə hakim təyin olundu 

image-reklam_sirab_01

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

Vətəninfo.az xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Təyinata qədər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki