image-reklam-veteninfo
image-7backend

Xankəndi, Xocalı, Şuşa və Kərkicahan şəhidləri anıldı – FOTOLAR

image-reklam-veteninfo

Azərbaycan  Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı  Qadınlarına Sosial Yardım İctimai Birliyidir.  Agentliyin maliyyələşdirdiyi “Şəhid anaları ilə işadlı layihənin icrası  məqsədi ilə  06 avqust  2025-ci il tarixində  saat 16-00 Xocalı şəhərində tədbir keçirildi.

Tədbirdə Xocalıda yeni məskunlaşmış şəhid ailələri ilə görüş keçirildi.  Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının  bizə əmanət qalmış ailələri ilə görüş zamanı şəhidlərin ehsanına çay və şirniyyat süfrəsi açıldı. Şəhid ailələrinə layihəmiz adından hədiyyələr verilərək onlara layihəmiz və Agentlik haqda məlumat verildi. Tədbir zamanı şəhid ailələri özlərinin və Xocalıda olan digər problemlərlə bağlı  söhbətlər aparıldı. Onlar bizimlə söhbət zamanı öz problemlərini və hazırda çox lazım olan aptek, kişi və qadın bərbərlərinin olması  ilə bağlı  şikayətlərini bildirdilər. QHT rəhbərlərinin  və məmurların onlarla görüşə gəlməməsindən narazılıq bildirdilər.

Xankəndində yaşayan şəhid ailələri üçün sanki bir sürpriz görüş oldu.   Abbasova Qizbəs ananın iki oğlu vətən uğrunda şəhid bir oğlu isə qazidir.  Şəhid Abbasov Elxan Kamran oglu.  Şəhid Abbasov Eyvaz Kamran  oglu.

Şahmradova Təranə Əmirxan qızı iki qardaşı və həyat yoladı vətən uğrunda şəhid olublar.

Şahmradov Şahmradov  Natiq Əmirxan oğlu,

Şahmuradov Namiq Əmirxan oglu.

Həyat yoldaşı isə Zeynalov Tahir Bahadur oğlu. Bu qədər ağır dərdli qadınlarımızın unudulması, onların şəhidlərinin yad edilməməsi mümkün deyil.

Qazi Rzayev Mehman Köçəri oglunun  ŞƏHİD  qardaşı Rzayev Tapdıq Köçəri oglu

Kamran qadaşımızın oğlu Xəqanı isə 2020-ci ildə qəhramancasına şəhid olub..

Allah rəhmət eyləsin ruhu şad olsun bütün şəhidlərimizin.

Layihəmizin icrasının həyata keçrilməsi məqsədi ilə çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin  foto video materiallarının  hazırlanaraq sosial şəbəkələrdə yayılması.  Şəhidlər haqda geniş təbliğat , tanıtım işlərinin aparılması bu layihəmizdə də davam etdirilir. Foto video çəkilişlər aparılaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilməsi qərara alınıb. Eyni ilə bu tədbirimizdə də  foto, video çəkilişləri aparıldı sosial şəbəkələrdə yayıdı.

Layihənin icrasında yaxından iştirak edən birliyin Səbail rayon şöbəsinin sədri Şəhla xanım Hüseynova və birliyin üzvü Elnarə xanım Abbasovada təşkilat tərəfindən tədbirdə  bütün tədbirlərdə olduğu kimi Xocalı keçirilən tədbirmizdə də iştirak etdilər, köməkliklərini əsirgəmədilər.

Layihənin növbəti  və son tədbirləri işğaldan azad edilmiş  Füzuli və Xocavənd ərazilərində keçiriləcək.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki