Xankəndi şəhərində benzin növbələri yaranıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, hazırda Xankəndini Gorusla birləşdirən Hakar körpüsü açıqdır və erməni sakinlər Qarabağdan maneəsiz şəkildə bu bölgəyə köçə bilərlər. Lakin qeyd olunur ki, Qarabağı tərk etmək istəyən ermənilərin sayı həddən artıq çox olduğundan bölgədə benzin qıtlığı yaranıb.
“İnsanlar bir litr benzin üçün bir-birini döyür, bir-birini güllələməyə hazırdırlar. Hamı dəli olub, qəzəbli haldadır. Gorusa getməyə 10 litr benzin tapa bilmədiyim üçün qızımla burada qalmışam”, – deyə Qarabağdakı erməni sakin bildirib.“AzPolitika.info”


























