Artıq Xankəndindəki qondarma rejim açıq- aşkar təxribat əməllərini genişləndirib. Təkcə bu gün ermənilərin təxribatları nəticəsində çoxsaylı Azərbaycan vətəndaşı həlak olub. Bu onu göstərir ki, Rusiya sülhməramlılarının himayəsi altında separatçı rejim təxribatçı əməllərini davam etdirir.
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Erməni separatçıları açıq şəkildə sülhməramlıların gözü qarşısında təminat yollarına mina basdırırlar. Məhz erməni təxribatların qarşısının alınması üçün güc strukturlarımız hərəkətə keçməli təxribat törədən separatçıları tərksilah etməlidirlər.
Görünən isə odur ki, ermənilər havadarlarının köməyi ilə Xankəndində özlərinə imperiya qurublar. Dinc erməniləri təzyiq altında saxlayan erməni separatçıları Qarabağı tərk etmək istəyən ermənilərə imkan vermirlər.
Dünən qondarma rejimin rəhbəri “geniştərkibli iclas” keçirib və müharibə nağılından dəm vurub. Samvel Şahramanyan sona qədər təslim olmayacaqlarını, silaha da əl atacaqlarını bildirib.
Daha sonra Samvel Şahramanyan bir neçə nəfəri “nazir” təyin edib.
Artıq sonlarının gəldiyini anlayan separatçılar müharibəyə başlamaqla son nöqtənin daha tez qoyulmasında bizə dəstək verə bilərlər. Tezliklə Qarabağdakı separatçılar öz layiqli cəzalarını alacaqlar.Heç kim bizimlə diktə ilə danışa bilməz. Buna çox qısa zaman qaldı.
Allah ordumuzu qorusun!
Qoşqar Salmanlı