image-reklam-veteninfo
image-xankendibackend

XANKƏNDİNDƏKİ separatçılar ÖZLƏRİNƏ KONSTİTUSİYA HAZIRLAYIR-BAKI İSƏ SUSUR

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan münaqişənin başa çatdığını,Azərbaycsnın özünün ərazi bütövlüyünü bərpa etdiyini bəyan edib.

Rəsmi Bakı istər ATƏT-in Minsk qrupu olsun,istərsə də digər beynəlxalq təşkilatlar,”Dğlıq Qarabağ”adlı münaqiə ətrafında hansısa fikir aparmayacağını bəyan edib.

Amma bu gün Rus sülhməramlı qüvvələrinin mövcud olduğu Azərbaycanın Xankəndi şəhərindəki separatçılar özləri üçün konstitusiya islahtları apardıqları ilə bağlı nəlumatlar yayırlar.

Yayılan məlumatlarda deyilir ki, Xankəndindəki separatçıların başçısı Arayik Arutyunyan konstitusiya islahatları ilə bağlı komissiya yaradıb. Komissiyanın rəhbəri vəzifəsinə isə özünnü hökumətlə əlaqələr departamentinin rəhbəri Arayik Lazaryan təyin edilib.

Separatçıların yaydığı xəbərdə deyilir ki,komissiya üç ay ərzində Arutyunyana konstitusiya islahatlarının işlənmiş konsepsiyasını təqdim etməlidir.

Maraqlıdır ki, Xankəndindəki separatçılar davamlı olaraq bu tip açıqlamalar vermələrinə baxmayaraq,rəsmi Bakı separatçıları susduracaq addımlar atmaqda nədənsə tələsmir.Bakının susqunluğu isə separatçıları daha da azğınlaşdır.

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki