image-reklam-veteninfo
image-1backend

Xarkova reaktiv dronlarla zərbə: 1 nəfər ölüb, 8 yaralı var

image-reklam-veteninfo

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Xarkov meri İqor Terexov bildirib ki, oktyabrın 4-ü axşam saatlarında şəhərə “Banderol” tipli reaktiv dronlarla hücum edilib.

Onun sözlərinə görə, zərbələrdən üçü şəhərin Sənaye rayonunda yaşayış binalarının yaxınlığına düşüb. Hücum nəticəsində beş yaşayış binasının pəncərələri sınıb, dam örtüklərinə ziyan dəyib.

“Dəfələrlə təəssüf ki, bir nəfər həyatını itirib. Bundan əlavə, səkkiz nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır”, – deyə Terexov bildirib.

Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov isə zərbələrdən birinin çoxmərtəbəli yaşayış binasına dəydiyini açıqlayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində inzibati binada və sənaye müəssisəsində yanğın baş verib. Həmçinin bir sıra avtomobillərə ziyan dəyib.

Yerli medianın məlumatına görə, hücum zamanı həlak olan kişi avtomobildə həyat yoldaşı və iti ilə birlikdə olub. Qadın sağ qalsa da, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Avtomobildə olan it isə xilas edilib və Heyvanları Mühafizə Mərkəzinə təhvil verilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki