image-reklam-veteninfo
image-1backend

Xavi: Şokdayam, bu, biabırçılıq idi

image-reklam-veteninfo

Hollandiya milli futbol komandasının ispaniyalı baş məşqçisi Xavi Millətlər Liqasının qrup mərhələsinin son turunda Almaniyaya 0:5 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirib.

“Nə baş verdiyini anlamaq üçün oyunçularla danışdım. İlk növbədə azarkeşlərdən üzr istəməliyik. Şokdayam, bu, biabırçılıq idi. Nə oyun, nə də xarakter göstərdik. Bunu başa düşmürəm.”

ESPN-in məlumatına görə, Xavi “Yunanıstana qarşı tarixi bir oyunu intensivlik və ehtirasla oynadıq. Bu oyun tam əksi idi. Məyus oldum və çox kədərləndim. Amma yenidən yeni bir komanda qurmağa başlayacağıq”, – deyə bildirib.

Millətlər Liqasının əvvəlki turunda Hollandiya komandası Yunanıstanı 7-0 hesabı ilə məğlub etmişdi. Almaniya və Hollandiya dörddəbir finala yüksəlmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki