image-reklam-veteninfo
image-media-img-20250731-wa0114-2nch67-960x640backend

Xəlilovlardan Azərbaycana qarşı açıq mövqe: Putinə mesaj verən, Azərbaycan diş qıcıyan iş “adam”ları – FOTO

image-reklam-veteninfo

Azərbaycanla Rusiya arasında münasibətlərin soyuqlaşdığı bir vaxtda bir çox qüvvələr neytral mövqe sərgiləsələr də, vətənpərvər şəxslər Kremlin anti-Azərbaycan siyasətinə qarşı yüksək səslə etirazlarını bildirməkdən çəkinmədilər.

Son 1 il ərzində rəsmi Moskvanın Azərbaycana qarşı siyasəti isə birbaşa hücum xəttinə köklənmiş şəkildədir. AZAL təyyarəsinin qəsdən vurulması, təyyarəmizi vuran şəxsin mükafatlandırılması, Yekaterinburqda azərbaycanlılara qarşı təzyiq siyasətinin yürüdülməsi, öldürülməsi və həbs edilməsi Kremlin artan qıcığının üzə çıxma şəkli, Azərbaycanı təhdid formasıdır.

Baş verən proseslər isə Azərbaycana qarşı içində nifrət bəsləyən şəxslərin özlərini ifşa etmələrinə şərait yaratdı. Paylaşımlarəmdan görünür ki, onlardan biri də Xəlilovlar ailəsidir.

Söhbət məşhur iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovdan gedir.

Bir zamanlar Ümummilli lider Heydər Əliyevin “ölkənin arxa qapıdan qaçanlar” sırasında gördüyü İsgəndər Xəlilova daha sonra prezident İlham Əliyevin rəhbərliyi dönəmində ölkədə fəaliyyət göstərməsinə, geniş biznes şəbəkəsi qurmasına şərait yaradıldı. Bu minvalla Xəlilov Rusiya və Azərbaycanda adını milyonerlər sırasına yazdırdı. Lakin bu gün Xəlilovların açıq şəkildə anti-Azərbaycan mövqeyi tutduğu görünür.

Belə ki, Rəhman Xəlilov sosial media hesabında Rusiya Prezidenti Vladimir Putindən sitat paylaşıb. Təhdidkar xarakterli sitatda deyilir:

“Hamı bizi haradasa dişləmək və ya bizdən nəsə qoparmaq istəyir. Amma bunu etmək istəyənlər bilməlidirlər ki, biz onların hamısının dişlərini qıracağıq — elə ki, onlar dişləyə bilməsinlər”.media-img-20250731-wa0110

Artıq yuxarıda qeyd olunduğu kimi, Rusiya ilə münasibətlırin kəskinləşdiyi dönəmdə belə bir paylaşım kimə verilən mesajdır?

Bu gün bütün dünyada təcavüzkar kimi tanınan Rusiya Ukrayna ilə savaş bataqlığında ikən düşməncə münasibət bəslədiyi ikinci ölkə kimi Azərbaycan yada düşür. Belə aydın olur ki, son dönəmdə azərbaycanlıların Yekaterinburqda öldürülməsindən, diaspor nümayəndələrinə qarşı təzyiq siyasətinin həbslə nəticələnməsindən sonra Xəlilov bu paylaşımı ilə, şübhəsiz, Azərbaycana qarşı cəbhə açmaqla, Kremlin təsir dairəsində olduğunu göstərmiş oldu.

Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiyada Xəlilovların biznesi ilə bağlı araşdırma başladığı yönündə xəbərlər yayılmış, Rəhman Xəlilov isə bunu təkzib etmişdi. Bu xəbərlərdən sonra onun belə bir paylaşım etməsi Rusiyaya – birbaşa Valdimir Putinə “sizin yanınızdayıq” demək deyil, bəs nədir?

Görünən odur ki, qəlbində ölkəsinə qarşı heç bir milli duyğu bəsləməyən Xəlilovlar onlara ölkədə yaradılan azad biznes mühitini heçə sayaraq birbaşa Rusiyanın – təcavüzkar Rusiyanın yanında olduğunu elan edirlər.

Bu məqamda “Babək” filmindəki məşhur replika yada düşür: “Bir gün azad yaşamaq, min il boyunduruq altında yaşamaqdan daha yaxşıdır!” Xəlilovlar isə Rusiyaya yaltaqlanmağa davam edəcəkləri təqdirdə, azad yaşamağın nə olduğunu bilməyəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki