image-1backend

Xərcəngin yeni müalicə üsulu tapıldı

image-reklam_sirab_01

Alimlər bədənin qalan toxumalarına zərər vermədən şüalanmanı birbaşa bədxassəli yenitörəmə çatdıra bilən xüsusi molekul yaradıblar. Elmi kəşf Avropa Xərçəngin Tədqiqi və Müalicəsi Təşkilatının simpoziumunda təqdim olunub.

Vətəninfo.az xəbər verir ki, alimlər “Artinium-225” radioaktiv nuklidini daşıya bilən ilk molekul olan “AKY-1189” zülalını əldə ediblər.

Yeni yaradılmış zülal yalnız xərçəng hüceyrəsinin səthində mövcud olan başqa bir zülala qoşulur və orqanizmin sağlam toxumalarına və hüceyrələrinə zərər vermədən xərçəng hüceyrəsini məhv etməyə başlayır. Hazırda yeni elmi kəşf sınaqdan keçirilir. Xərçəng xəstələrinin iştirakı ilə keçirilən ilk elmi təcrübələr olduqca ümidverici nəticələr verdi. Bununla belə, tədqiqatlar yeni yaradılmış “AKY-1189” zülalının effektivliyi ilə bağlı yekun qiymətləndirmə verilənə qədər davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki