image-reklam-veteninfo
image-c0ca015a-c1dd-4d4d-8276-78c0b57dcb01backend

Xərrazi: “ İran  Rusiya və Çinin AEBA ilə bağlı planını nəzərdən keçirməyə hazırdır” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, dünən İranın Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi “RİA Novosti”yə müsahibəsində bildirib ki, Tehran Rusiya və Çinin Beynəlxalq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığın bərpasına dair mümkün vasitəçilik planını nəzərdən keçirməyə hazırdır.

Onun sözlərinə görə, “belə bir plan təqdim olunarsa, İran bunu nəzərdən keçirəcək”.

Xərrazinin açıqlamaları İran xarici işlər naziri Abbas Əraqçının rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra səslənib. Danışıqlarda Əraqçı AEBA-nın yalnız texniki mandatına əməl etməsinin, ABŞ və bəzi Avropa ölkələrinin siyasi təzyiqlərindən uzaq durmasının vacibliyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki