image-1683182264-7068backend

Xersonda 3 günlük matəm elan edildi

image-reklam_sirab_01

Rusiya tərəfindən öldürülən dinc sakinlərin xatirəsinə Xerson vilayətində 3 günlük matəm elan edilib .

Vətəninfo.az xəbər verir ki, Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin videomüraciətində xatırladıb ki, mayın 3- də rus işğalçıları 23 nəfəri öldürüb, 46 nəfəri yaralayıb.

Onun sözlərinə görə, düşmən xüsusilə dəmir yolu vağzalını, supermarketləri, yanacaqdoldurma məntəqələrini, Xersonun yaşayış massivlərini, evləri atəşə tutub.

“Düşmənin hədəfləri yaşadığımız, işlədiyimiz yerlərdir. Düşmənin məqsədləri bizim və uşaqlarımızın həyatıdır”, – Prokudin vurğulayıb.

UVA rəhbəri qeyd edib ki, işğalçı dövlət tərəfindən öldürülən insanların xatirəsinə Xerson vilayət hərbi administrasiyası mayın 4, 5 və 6-nı matəm elan edir. O, bu gün saat 12-də Rusiya terror aktı nəticəsində həlak olanların hamısının bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki