image-reklam-veteninfo
image-image_750x_64c4a94792813-750-1080-resizebackend

Xəzər dənizində üzən gəmilər sığınacaqdadır

image-reklam-veteninfo

Xəzər dənizində üzən gəmilərin aprelin 17-si gündüz saatlarından etibarən fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə Xəzərdə üzən ASCO gəmiləri hazırda lövbər dayanacaqları və sığınacaqlardadır.

Xatırladaq ki, bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki