Xəzər dənizinin dibi ilə çəkilən yeni sualtı fiber-optik internet kabelinin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Vətəninfo.az xəbər verir ki, bunu Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev açıqlayıb.
Nazirin sözlərinə görə, bu ay Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik rabitə xətti (FOBX) istifadəyə veriləcək.
Layihə çərçivəsində Sumqayıt və Aktau şəhərlərini birləşdirən 390 kilometrlik kabel çəkilib.
Dənizaltı fiber-optik kabelin çəkilişinə 2026-cı ilin yayında başlanılıb. Yeni Sumqayıt–Aktau marşrutu Azərbaycan və Qazaxıstanın rəqəmsal infrastrukturunun birləşdirilməsinə xidmət edəcək.
Layihənin əsas məqsədlərindən biri Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsini təmin edən yeni rəqəmsal dəhlizin yaradılmasıdır.
Yeni xəttin istifadəyə verilməsi ilə Azərbaycan və Qazaxıstan arasında məlumat mübadiləsinin sürətinin və dayanıqlığının artırılması, həmçinin regionun Avropa ilə rəqəmsal bağlantısının gücləndirilməsi gözlənilir.


























