image-reklam-veteninfo
image-1backend

Xocavənddə mina partladı – Agentlik əməkdaşı xəsarət aldı, ayağı amputasiya edildi

image-reklam-veteninfo

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində mina partlayıb.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Ekskavator operatoru vəzifəsində çalışan agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki