Ermənilərin Xocavənddə terrorçu Monte Melkonyana qoyduqları heykəl sökülüb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı görüntülər “telegram” kanallarında yayılıb.
Monte Melkonyan 1957-ci il noyabrın 25-də Kaliforniya ştatında anadan olub. ASALA terror təşkilatınını qurucularından olub. Mülki azərbaycanlılara qarşı soyqırımı aktlarının əsas icraçılarından idi. I Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilib. Ermənilər onu “milli qəhrəman” elan etmişdilər. Özü məhv edilən Melkonyanın artıq heykəli də yoxdur.