Rusiyada “Vaqner”in rəhbəri Yevgeni Priqojinin “antiterror” əməliyyatı artıq Rostovun, bir neçə federal magistralın və Cənub Hərbi Dairəsinin qərargahının ələ keçirilməsinə səbəb olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podoliak yazıb.
Onun sözlərinə görə, Rusiyada baş verənlər geniş yayılıb, Rusiya elitasının parçalanması göz qabağındadır.
“Razılaşmaq və hər şeyin həll olunduğunu iddia etmək heç bir nəticə verməyəcək. Kimsə mütləq itirməlidir, ya Priqojin, ya da Putin və onun komandası”, – Podolyak əlavə edib.