image-2backend

YAP – dünənin, bu günün və sabahın partiyasıdır

image-reklam_sirab_01

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlamışdı.
Belə çətin və ağır vaxtlarda respublikada yeni siyasi düşüncəli, dövlət quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran, yeni sosial təbəqənin maraqlarını ifadə edən və o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi bir peşəkar təşkilatın formalaşmasına ehtiyac yarandı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı “Səs” qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və nəhayət, 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar və ən önəmli və unudulmaz təqvimlərindən biri kimi tarixə düşdü. Naxçıvanda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri kimi yaddaşlara həkk oldu.
Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi başladı. Azərbaycanın çətin və ağır dövründə hakimiyyətə qayıdan Heydər Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.
Odur ki, mən, öz növbəmdə Yeni Azərbaycan Partiyasının veteranı kimi bütün YAP üzvlərini və İlham Əliyev kimi liderimizlə dinc və firavan gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının 32-ci ildönümü münasibətilə təbrik edirəm.
image-1
İsrafil Kərimov – YAP veteranı, AJB-nin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image