image-reklam-veteninfo
image-1backend

Yaponiya əhalisinin sayı rekord dərəcədə azalıb

image-reklam-veteninfo

2024-cü ilin oktyabr ayında Yaponiyanın əhalisi 120,3 milyon nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 898 min nəfər azalma deməkdir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo news” agentliyi məlumat yayıb. Bildirilib ki, ölkədə əcnəbi sakinlər də daxil olmaqla, ümumi əhalinin sayı ardıcıl 14-cü ildir azalır.

Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin yaydığı məlumata görə, yalnız Tokio və yaxınlıqdakı Saytama prefekturasında artım qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki