image-1backend

Yaponiya və Cənubi Koreya Rusiya və KXDR-ə qarşı sanksiyalar tətbiq etdi

image-reklam_sirab_01

Yaponiya hökuməti Şimali Koreyadan silah aldığına və Ukraynada davam edən hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar doqquz rus şirkəti, Kiprdə qeydiyyatdan keçmiş iki şirkət və bir rusiyalı iş adamına qarşı tətbiq edilib.

Vətəninfo.az xəbər verir ki , bu barədə Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi mayın 24-də Tokioda keçirdiyi mətbuat konfransında bildirib. O, şirkətlərin adlarını və rusların adını açıqlamayıb.

Bundan əlavə, Seul Moskva və Pxenyana qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Cənubi Koreyanın sanksiyaları yeddi KXDR vətəndaşını və iki Rusiya gəmisini əhatə edir.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatına görə, adıçəkilən şəxslərə və Rusiya gəmilərinə qarşı sanksiyalar onların Pxenyanın nüvə və raket inkişafı üçün materialların tədarükü və bu inkişafların maliyyələşdirilməsində iştirakı ilə bağlıdır.

Seulun bəyanatında həmçinin deyilir ki, sanksiyalara məruz qalan şəxslər və təşkilatlar KXDR ilə Rusiya arasında sursat daşınması ilə məşğul olublar. Siyahıdakı şəxslərlə hər hansı maliyyə əməliyyatı Cənubi Koreya hakimiyyət orqanlarından xüsusi icazə tələb edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki