Seysmoloqlar Yaponiyanın Hokkaydo adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alıblar ki, bu da Saxalin vilayətinin cənubundakı Kuril adalarının məskunlaşdığı ərazilərdə hiss olunub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk Regional İnformasiya Emalı Mərkəzi məlumat yayıb.
Zəlzələ iyunun 2-də saat 05:51-də qeydə alınıb. 6,1 bal gücündə zəlzələ Hokkaydo adasının sahillərindən 62 km dərinlikdə, episentri Kunaşir adasındakı Qolovnino kəndindən 285 km cənub-qərbdə yerləşib.
Zəlzələ Kuril adalarının cənubundakı məskunlaşan ərazilərdə iki bal gücündə hiss olunub. Digər təfərrüatlar hələlik məlum deyil.