image-image_750x_64d33f59a5c1ebackend

Yaponiyada bütün aviareyslər təxirə salındı

image-reklam_sirab_01

Yaponiyada bu gün, avqustun 9-da Kyuşu adasının şərqindəki Kanu qasırğası səbəbindən ən azı 360 aviareys təxirə salınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Dəmiryol operatoru JR Kyushunun sözlərinə görə, qeyri-sabit hava şəraiti səbəbindən ölkənin cənub-qərbində yüksək sürətli “şinkansen” dəmir yolu xətlərinin fəaliyyəti qeyri-müəyyən müddətə tamamilə dayandırılıb.

Eyni zamanda, Yaponiyanın dörd cənub-qərb prefekturasında 17 mindən çox ev elektrik kəsilməsi səbəbindən işıqsız qalıb, Kyushu Electric Power bildirir.
Yaponiyanın cənubunda bir həftədən artıqdır ki, tüğyan edən “Kanu” Okinava və Kyuşu adalarında güclü yağışlara səbəb olub.

Ötən həftə Yaponiyada baş verən qasırğa nəticəsində 2 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı da məlum olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki