image-1backend

Yaponiyada güclü zəlzələ baş verib

image-reklam_sirab_01

Yaponiyanın qərbindəki İşikava prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.
Vətəninfo.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) yaydığı məlumata görə, İşikavanın Noto yarımadasının şimal-şərq sahilində yerləşən Suzu şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 06.31-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakətdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.
Yeraltı təkanlar İşikava, Fukui və Niiqatada prefektıralarında hiss olunub.
Bölgədə yeraltı təkanlarının davam etdiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki