Yaponiyanın cənubundakı Okinava prefekturasının ərazisindən keçən “Kanun” qasırğası nəticəsində iki nəfər ölüb, 58 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilib ki, ölkənin cənubunda 164 min ev güclü küləyin elektrik xətlərini qırması səbəbindən işıqsız qalıb. Bölgədə nəqliyyat əlaqələri pozulub, 300-dən çox təyyarə reysi təxirə salınıb, bərə hərəkəti qismən dayandırılıb.
Sinoptiklərin proqnozuna görə, həftənin sonunadək Yaponiyanın cənub bölgələrində 200 mm-ə qədər yağıntı düşə bilər.
Hazırda qasırğa Okinava adasının yaxınlığındadır və Şərqi Çin dənizinə doğru irəliləyir. Onun mərkəzi hissəsində küləyin sürəti saniyədə 45-65 metrə arasında dəyişir.