image-1backend

Yaponiyanın Baş naziri bu şəxs oldu

image-reklam_sirab_01

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDK) prezidenti Şigeru İşiba Fumio Kisidadan sonra ölkənin 102-ci baş naziri seçilib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Kyodo agentliyi məlumat yayıb.

İsiba sentyabrın 27-də LDK-nın prezidenti seçilib. Parlamentin həm aşağı, həm də yuxarı palatası onu baş nazir postuna təsdiqləyib. 

İsiba yaxın saatlarda hökumət quracaq. Günün ikinci yarısında imperator Naruhito yeni hökumətin tərkibini təsdiq edəcək.

Oktyabrın 4-də İsiba və əsas nazirlər parlamentdə proqram çıxışları edəcəklər. Parlamentin aşağı palatası oktyabrın 9-da oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilər ərəfəsində buraxılacaq. 

Bundan əvvəl Fumio Kişidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib.

Kisida avqustda elan etmişdi ki, sentyabrda keçiriləcək hakim Liberal Demokrat Partiyasının prezidentliyinə namizəd olmayacaq.  

1955-ci ildə yarandığı gündən Yaponiyanı idarə edən Liberal Demokrat Partiyası son aylarda ciddi siyasi qalmaqalla üzləşib. Partiyanın ən qüdrətli qruplarından ikisi gəlir və xərclərini düzgün bəyan etməməkdə və milyonlarla dollarlıq siyasi ianələr barədə yanlış məlumat verməkdə ittiham olunub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki