image-1backend

Yaponiyanın baş naziri maliyyə qalmaqalına görə  istefa verir

image-reklam_sirab_01

Yaponiyanın baş naziri Fumio Kişida sentyabrda keçiriləcək hakim Liberal Demokrat Partiyasının prezidentliyinə namizəd olmayacağını açıqlayıb. Bu o deməkdir ki, o, üç il baş nazir postunu tutduqdan sonra gedəcək.

Vətəninfo.az xəbər verir ki , bu barədə Kyodo agentliyi məlumat yayıb. Kisida mətbuat konfransında deyib: “İctimaiyyətə Liberal-Demokrat Partiyasının dəyişdiyini göstərmək üçün ilk addım olaraq prezident seçkilərində iştirak etməmək qərarına gəldim”.O, partiyanın növbəti prezidenti və ölkənin baş naziri kimi kimi gördüyünü açıqlamayıb.1955-ci ildə yarandığı gündən Yaponiyanı idarə edən Liberal Demokrat Partiyası son aylarda ciddi siyasi qalmaqalla üzləşib. Partiyanın ən qüdrətli qruplarından ikisi gəlir və xərclərini düzgün bəyan etməməkdə və milyonlarla dollarlıq siyasi ianələr barədə yanlış məlumat verməkdə ittiham olunub. Bütün bunlara görə hökumətin reytinqi aşağı düşüb, 20%-ə çatıb. Partiyanın bir neçə nazir, nazir müavinləri və yüksək rütbəli məmurları istefa verib. Onların hamısı sui-qəsd nəticəsində öldürülmüş keçmiş baş nazir Şinzo Abenin rəhbərlik etdiyi partiyanın fraksiyasından idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image