Yaponiyanın baş naziri Şiqeru İşiba NATO – nun Haaqa sammitində planlaşdırılan iştirakını ləğv etmək niyyətindədir.Vətəninfo.az xəbər verir ki, Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qərarın səbəbi açıqlanmayıb . Bundan əvvəl Cənubi Koreya prezidenti Li Çjemyon da sammitdə iştirakdan imtina etmişdi . Onun administrasiyası bunu “ inauqurasiyadan sonra çoxsaylı dövlət işləri ” və “ Yaxın Şərqdə vəziyyətin dəyişməsi ” ilə izah edib .
Son illər Yaponiyanın baş naziri müntəzəm olaraq Şimali Atlantika Alyansı liderlərinin toplantılarında iştirak edib.