image-reklam-veteninfo
image-1backend

Yaponiyanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib

image-reklam-veteninfo

Yaponiya Milli Meteorologiya İdarəsi 6,2 bal gücündə güclü zəlzələnin Yaponiyanın qərb bölgələrində təsirli olduğunu, lakin sunami ilə bağlı hər hansı xəbərdarlığın edilmədiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, zəlzələ yanvarın 6-da (bu gün) yerli vaxtla saat 10:18-də (01:18 GMT) Şimane prefekturasının şərq hissəsində təxminən 10 kilometr (6,2 mil) dərinlikdə baş verib.

Hazırda hər hansı insan tələfatı barədə məlumat verilməyib.

“Kyodo” xəbər agentliyinin yaydığı məlumata görə, daha aşağı bal gücündə bir neçə afterşok da qeydə alınıb.

Əlavə olaraq bildirilib ki, zəlzələdən sonra Matsue şəhərində yerləşən “Şimane” nüvə elektrik stansiyasında hər hansı anormallıq aşkarlanmayıb.

Rəsmilərin verdiyi açıqlamaya görə, elektrik enerjisinin kəsilməsi səbəbindən Yaponiyanın qərbində sürətli qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki